Paytaxtın Həsən Əliyev küçəsində kobud qayda pozan sürücü anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 99-SS-567 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü önündəki motosikleti ötmək üçün qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola keçib. Bu zaman o, motosiklet sürücüsünə təhlükə yaradıb.
Təəssüflə qeyd edək ki, bir qisim sürücülər motosiklet və mopedlərə məhəl qoymadan hərəkət edirlər. Nəticədə onlar qəza riski yaratmaqla yanaşı, bəzən ağır yol-nəqliyyat hadisələrinə səbəb olurlar.
Nərmin