RU

Qoca qitədə Azərbaycan qazına ehtiyac artır: Avropa İttifaqı ilə əməkdaşlıq potensialı - ŞƏRH

Bakı. Trend:

Reallıq budur ki, Azərbaycanın iştirakçısı və təşəbbüskarıolduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtibedib. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neftstrategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi”Azərbaycana iqtisadi və siyasi dividendlər gətirməklə etibarlıtərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Bunun bariz nümunəsi2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması oldu. Regionalçərçivədə qurulan əməkdaşlığın coğrafiyasının genişlənməsiAzərbaycanın enerji diplomatiyasının uğurlarının davamlılığınışərtləndirdi. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizilayihəsi 2020-ci ilin sonunda tam tərkibdə istifadəyə verildi.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə deyib.

Deputat bildirib ki, hazırkı dövrün əsas çağırışlarından biriCənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TAP və TANAP-ıntərkibinin genişləndirilməsidir:

“Nəzərə alaq ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminəhəmrəylik ili” elan edilmişdi. Bu kontekstdə Azərbaycan dünyanın ənmötəbər tədbirinə - COP29-a ev sahibliyi etməklə malik olduğuiqtisadi imkanları, getdikcə yüksələn beynəlxalq nüfuzunu təqdimetdi. Bir daha sübut edildi ki, Azərbaycan “yaşıl keçid”in fəaltəbliğatçısıdır.

Bərpaolunan enerji potensialına investisiyaların yatırılmasıçağırışını yüksək səviyyədə yerinə yetirən Azərbaycan bu hədəfəyeni əməkdaşlıq formatlarının yaradılması ilə nail olur.Azərbaycanın uğurlu qaz strategiyası, qaz potensialının artırılmasıbu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. 2024-cüildə Azərbaycan qazının alıcılarının sayı 12-yə çatıb”.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev yanvarın7-də yerli televiziya kanallarına müsahibəsində enerjidiplomatiyamızın uğurlarından biri kimi Azərbaycanın İtaliya,Yunanıstan, Macarıstan, Türkiyə və digər Avropa ölkələrinə öz qaztəchizatını artırmasına diqqəti yönəldib:

“Ölkə rəhbəri bildirdi ki, qaz ixracımız artır və hazırda bizmüxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi vəonun artırılmasından istifadə edərək, qaz təchizatınıncoğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismaraverilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlaraçıxışımız mümkündür. Azərbaycanın 12 qaz alıcısından 10-u Avropaölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Bir sözlə, bizcoğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropaİttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qazistehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu,Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, gələcək planlarımızcoğrafiyanı genişləndirməkdir. Hazırda Azərbaycan qazının ixracıilə bağlı digər Avropa ölkələri ilə danışıqlar aparılır.

“Prezident İlham Əliyev bu məqamı da qeyd etdi ki, 2022-ci ildənbu günədək çox köklü dəyişiklik baş verdi. Çünki həmin vaxt qazixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanıəhatə edirdi. Sonra Azərbaycan bu siyahıya Bolqarıstan, Macarıstan,Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanıəlavə etdi.

Təbii ki, coğrafiyanın genişləndirilməsi Azərbaycanın böyük qazehtiyatına malik olmasına əsaslanır. Ölkəmizin malik olduğu enejipotensialından səmərəli istifadə etməsi həm özünün, həm iştirakçı,həm də digər ölkələrin enerji tələbatının ödənilməsinə genişimkanlar yaradır. Azərbaycanın Avropa üçün etibarlı və arzuolunantərəfdaşa çevrilməsi özündə bütün məqamları ehtiva edir. Azərbaycanenerji sektorunda qazandığı uğurlarla bu əməkdaşlığa davamlıtöhfələr verir”, - deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Azər Badamov isəTrend-əaçıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqının enerjitəhlükəsizliyinin təminatında yeganə alternativ mənbədir:

“Bu gün Ukraynanın Avropaya qaz ixracı xətlərini bağlaması vəmüharibəyə görə Rusiyaya tətbiq olunan sanksiyaların dərinləşməsiqazın idxalına tələbatı artırıb. 2022-ci ildə Avropa Komisisyasınınsədri ilə Avropa İttifaqına qaz ixracını 2027-ci ilədək iki dəfəartırılması ilə bağlı saziş imzalandı. Avropa Komissiyası iləEnerji təchizatı sahəsində əmədaşlığa dair Bəyannamə imzalananadəkTAP vasitəsilə qaz ixracımız 7 milyard kubmetr idi.

Ondan sonra xətlərin genişləndirilməsinə, interkonnektorlarıntikintisinə sərmayələr qoyularaq bu gün 10 ölkəyə qazımızı ixracedirik. 2024-cü ildə Avropa İttifaqına qaz ixracımız 12,9 milyardkub metrə çatdırılıb. Demək olar ki, Azərbaycan qaz ixracı iləbağlı razılaşdırılmış sənədlə götürülmüş öhdəliyi vaxtından əvvəlyerinə yetirməyə başlayıb”.

Millət vəkili xatırladıb ki, qaz ehtiyatımızın 10 il əvvəlkidəyərləndirilməyə görə 2,6 trilyon kubmetr olduğunu təsdiqolunub.

“Ondan sonra yeni yataqların tədqiqatından sonra bu həcmlərkifayət qədər artıb. Bu, o deməkdir ki, Azərbaycanın uzunmüddətliqaz ixracı üçün kifayət qədər ehtiyatı var. Amma ixraccoğrafiyamızı daha da genişləndirmək üçün yeni interkonnektorlartikilməli və sərmayələr qoyulmalıdır. Bunun üçün Avropa İttifaqınınmaliyyə qurumları qaz təchizatının genişləndirilməsinə maliyyəninayrılması ilə bağlı tədbirlər görməlidir”, - deyə deputatvurğulayıb.

Azər Badamov qeyd edib ki, Avropa daha çox Azərbaycan qazınıalmaq istəyirsə, öz öhdəsinə düşən vəzifələri icra etməli vəAzərbaycanla əməkdaşlığının dərinləşdirlməsi istiqamətində addımlaratmalıdır.

Избранный
29
2
az.trend.az

3Источники