Nigeriyanın Katsina əyalətinin Çaranci, Safana, Kurfi və Kaita bölgələrində silahlı hücumlar həyata keçirilib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Çaranci bölgəsinin sakini Kamilu Musa verdiyi açıqlamada hücum edənlərin atəş açdığını, bəzi evləri də yandırdığını bildirib.
O, ən azı 30 nəfərin həyatını itirdiyini, bəzilərinin yanaraq öldüyünü, 20-dən çox insanın isə yaralı olaraq xilas edildiyini vurğulayıb.
Katsina əyalətinin polis komissarı Aliyu Abubakar Musa hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin əraziyə yerləşdirildiyini bildirib.