RU

Avropa İttifaqı Ukraynaya 3 milyard avro kredit köçürüb

Bakı.Trend:

Avropa İttifaqı Ukraynaya 3 milyard avro məbləğində növbətikredit tranşını köçürüb.

Trend-in xəbərinəgörə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenaçıqlama verib.

“Bu gün biz G7 kreditinin Avropa hissəsinin ilk tranşı qismindəUkraynaya 3 milyard avro köçürmüşük” , - deyə xanım Lyayenyazıb.

Öz növbəsində, Avropa İttifaqının ali diplomatı Kaya Kallas öz“X” hesabında həmin kreditin müsadirə edilmiş Rusiya aktivlərindənəldə olunan gəlirlər hesabına bağlanacağını diqqətə çatdırıb.

Onun sözlərinə görə Avropa İttifaqı bu yolla Ukraynanın hərbiehtiyaclarını ödəməsinə və ümumilikdə Ukrayna iqtisadiyyatınadəstək olmağa çalışır.

Məqalədə:
Избранный
16
az.trend.az

1Источники