RU

Almaniya Ukraynaya yardımdan imtina edir - "Spiegel”  

Almaniya kansleri Olaf Şolts Kiyevə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri Annalena Barbok və Boris Pistorius tərəfindən irəli sürülən 3 milyard avro məbləğində əlavə hərbi yardım paketinin ayrılmasına mane olur. 

Ölkə.Az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkilərinə qədər əlavə 3 milyard avro həcmində yeni hərbi yardım göstərmək istəyirlər. 

"Almaniya Sosial Demokrat Partiyası hesab edir ki, Şolts seçki marafonunun ortasında Kiyevə yeni yardım elan etmək niyyətində deyil", - “Der Spiegel” yazıb.

Qeyd edək ki, Almaniyanın 2025-ci ilin büdcəsində Ukraynaya təxminən 4 milyard avro həcmində hərbi yardım nəzərdə tutulub.

Mürtəza
Ölkə.Az

Избранный
25
olke.az

1Источники