Türk lirəsinin alıcılıq qabiliyyətinin aşağı düşməsi Türkiyə Mərkəzi Bankının tezliklə 500 lirəlik əskinas dövriyyəyə buraxmasına səbəb ola bilər.
Hazırda Türkiyədə ən böyük əskinas 200 lirədir, inflyasiya və alıcılıq qabiliyyətinin azalması 500 lirəlik yeni əskinasın dövriyyəyə buraxılmasını aktuallaşdırıb. Türkiyəli müşahidəçilərin bildirdiyinə görə, ölkənin Mərkəzi Bankı artıq tədavül üçün yeni əskinasları hazırlayıb. Daha əvvəl 2025-ci ilin əvvəlində Türkiyədə 500 lirəlik əskinasların çıxa biləcəyi bildirilirdi.
Xatırladaq ki, 200 lirəlik əskinas 2009-cu ildə dövriyyəyə buraxılıb, bu gün 200 lirə 5,7 dollara bərabərdir.
//Samir Qurbanov, Editor.az