RU

"Valensiya" "Bornmut"un müdafiəçisini icarəyə götürüb

"Bornmut"un müdafiəçisi Maks Aarons karyerasını İspaniya Primerasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O 25 yaşlı futbolçunun xidmətində "Valensiya"nın maraqlı olduğunu və tərəflərin oyunçunun icarə əsasında transferi ilə bağlı artıq tam razılığa gəldiyini qeyd edib.

Mövsümün sonunda "Valensiya" futbolçunu 9 milyon avroya birdəfəlik almaq hüququna malik olacaq.

Aarons bu mövsüm İngiltərə liqasında cəmi üç oyunda çıxış edib.

Xatırladaq ki, “Valensiya” bu mövsüm İspaniya Primerasının autsayderidir.

Избранный
21
90deqiqe.az

1Источники