Bakı. Trend:
Nikolas Maduro Venesuela Milli Assambleyasında keçiriləninauqurasiya mərasimində and içərək, ardıcıl üçüncü müddətə ölkəprezidenti vəzifəsini icra etməyə başlayıb.
Trend-in məlumatına görə, bu barədə Venesuela parlamentininmətbuat xidməti bildirib.
Məlumata əsasən, N.Maduro "tarixə və həyatına" and içib ki,mandatı çərçivəsində bütün öhdəlikləri yerinə yetirəcək. O, 2013-cüildən Venesuela prezidenti vəzifəsində çalışır.
ABŞ hakimiyyəti N.Maduronun andiçmə mərasimini tanımayıb və onunhəbsinə səbəb olacaq məlumat üçün mükafatı 25 milyon dollara qədərartırıb.