Bakı. Trend:
İsrail ordusu Yəməndə "Ənsar Allah" hərəkatının husiüsyançılarının istifadə etdiyi silah anbarlarına və tunellərəzərbələr endirib.
Trend-inməlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbərverib.
Məlumata əsasən, yanvarın 10-da İsrail Hərbi Hava Qüvvələrinəməxsus qırıcı təyyarələr Əl-Hodeyda, Amran və Səna vilayətlərindəhusilərin hədəflərinə hücum edib. Yəmənin şimal-qərbindəki Amranəyalətinin Harf Süfyan bölgəsində üsyançıların raket və silahanbarları vurulub.
Bildirilib ki, İsrail aviasiyası Sənadakı tunellərə də raketzərbələri endirib.