RU

Azərbaycanda general işdən çıxarıldı

Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, general Novruz Novruzov işdən çıxarılıb.


News365.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, polis general-mayor Novruz Usub oğlu Novruzov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.


Qeyd edək ki, Novruz Novruzov 2008-2009-cu illərdə DİN-nin Kadrlar Baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Избранный
19
15
news365.az

10Источники