RU

Azyaşlı dərmandan ZƏHƏRLƏNDİ

Balakəndə azyaşlı dərmandan zəhərlənib.

Lent.az-a istinadən xəbər verilir ki, hadisə rayonun Gərəkli kəndində baş verib.

3 yaşlı M.O. yaşadığı ünvanda nəzarətsiz qalaraq nənəsinə məxsus dərman qəbul edib.

Azyaşlı Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə aparılıb.

M.O.-ya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Избранный
22
7
oxu.az

8Источники