Fransa çempionatında 17-ci tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında “Nant” öz meydanında “Monako”nu qəbul edib.
4 qolun vurulduğu görüşdə qalib aşkarlanmayıb. “Knyazlıq klubu” matçın gedişində hesabda 2 top fərqi ilə geri düşsə də, yekunda meydanı 1 xalla tərk edib.
“Nant” - “Monako” - 2:2
Qollar: Matthis Abline, 12 (1:0), Kelvin Amian, 47 (2:0), Breel Embolo, 52 (2:1), Mohammed Salisu, 59 (2:2)
Bu heç-heçədən sonra xallarının sayını 31-ə çatdıran “Monako” üçüncü pillədə qərarlaşıb. “Nant” isə 16 xalla 14-cüdür.