İran səfiri Məhəmməd Amin Necad Fransa vətəndaşlarının İslam Respublikasında saxlanılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.
AZXEBER.COM-un \"Reuters\"ə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, saxlanılan vətəndaşlar İran İslam Respublikası dövlətinin girovlarıdır.
Agentlik həmçinin Fransa vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb.