RU

ABŞ Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib

Bakı: Trend

Bayden administrasiya Rusiyaya qarşı sərt sanskiyalar paketiqəbul edib. Bu addım başlıca olaraq Moskvanın enerji gəlirlərininazadılmasına hədəflənib.

Trend xəbər verirki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, yeni sanksiyaların siyahısına treyderlərdən,rəsmilərdən tutmuş sığorta şirkətlərinə kimi 200-dən artıq hüquqişəxsin adı salınıb. Qara siyahıya Rusiya ilə əlaqələri olan və yaona məxsus yüzlərlə neft tankerinin də daxil edildiyibildirilir.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin elan etdiyi sanksiyalarpaketindən bəzi ölçülərin qanuni şəkildə qüvvəyə minəcəyibildirilir. Elə olacağı təqdirdə, Rusiya ilə dialoqa girməkniyyətini gizlətməyən ABŞ-nin yeni seçilmiş prezidenti Donald TrampAğ Evə gəldikdən sonra həmin sanksiyaları ləğv etmək istəsə belə,bunun üçün məsələni Konqresin müzakirəsinə çıxarmalı olacaq.

Bundan başqa, rəsmi London da ilk dəfə olaraq “Gazprom Neft” və“Surgutneftgas” kimi iri Rusiya enerji şirkətlərinə qarşı birbaşasanksiya tətbiq etməyə hazırlaşır.

Məqalədə:
Избранный
24
1
az.trend.az

2Источники