Bakı. Trend:
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsiarasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyədair 2025-ci il üçün birgə fəaliyyət planı imzalanıb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumatverilib.
Sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun(qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusitəyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icravaxtı və məsul şəxslər müəyyən edilib.
Bu il ərzində hərbi qulluqçularla təşkil ediləcək görüşlərdəAzərbaycançılıq ideyasının, milli-mənəvi, mədəni dəyərlərin qorunubsaxlanılmasının inkişaf etdirilməsi, radikal dini cərəyanlar vəekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar vəkonfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlərinkeçirilməsi planlaşdırılıb.