RU

Qərbi Azərbaycanlıların öz ata-baba ocaqlarına qayıtmaq haqqı var

"Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində səslədirdiyi fikirlərdən biri də Fransa dövlətinin və prezident Emmanuel Makronun Azərbaycana qarşı riyakar mövqeyi ilə bağlı oldu".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Fransa tərəfindən erməni lobbisinin diktəsi ilə Azərbaycana qarşı əsassız iddiaların səsləndirilməsi məntiqdən və reallıqdan tamamilə uzaqdır. Rəsmi Paris indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş Azərbaycanlıların məsələsi haqqında bir dəfə də olsa bəyanat səsləndirə bilərdi. Çünki etnik təmizləməyə və diskriminasiyaya məruz qalmış Qərbi Azərbaycanlıların öz ata-baba ocaqlarına qayıtmaq haqqı var. Ermənistan hakimiyyəti də Qərbi Azərbaycanlıların sülh və təhlükəsiz şəkildə geri dönüşünü təmin etməlidir. Rəsmi İrəvan bununla bağlı qısa zamanda Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmalıdır. Çünki Qərbi Azərbaycanlıların hüquqları bərpa edilməlidir. Qərb təşkilatları və Fransa kimi ölkələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından narahat olmaq əvəzinə, Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına diqqət ayırmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники