RU

Öcalandan sonra Dəmirtaşla da görüşdülər – Kürdlərdən qardaşlıq mesajı

Ötən həftə PKK terror təşkilatının lideri Abdullah Öcalanı ziyarət edən DEM Partiyasının nümayəndə heyəti bu dəfə həbsxanada HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşla görüşüb.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətinə DEM-in millət vəkilləri Pərvin Buldan və Sırrı Süreyya Öndər, eləcə də Mardin böyükşəhər bələdiyyəsinin sədri Əhməd Türk daxildir.

DEM Partiyasının nümayəndə heyəti görüşdən sonra açıqlama verib.

“Dəmirtaş prosesi tam dəstəklədiyini bildirib”, - Sırrı Süreyya Öndər deyib.

Ahmet Türkün açıqlaması isə belədir:

“İnanıram ki, Türkiyədə kürdlərin türkə, türklərin isə kürdlərə ehtiyacı var. Məqsədimiz xalqlarımızın qardaşlığıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
18
teleqraf.com

1Источники