Lori rayonunun Spitak şəhəri və Arevaşox kəndində 2-3 bal gücündə zəlzələ hiss olunub.
“Yanvarın 11-də yerli vaxtla saat 18:31-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidməti Spitak şəhərindən 1 km şimalda zəlzələ qeydə alıb”, - məlumatda deyilir.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Əli Babayev