"Qalatasaray" klubunda idarə heyətinə üzv olmaq hüququ qazananlara sertifikatların təqdimetmə mərasimi keçirilib.
"Ölkə.az" xəbər verir ki, Qalatasaray Liseyindəki Tevfik Fikrət Salonunda keçirilən mərasimdə sarı-qırmızılı klubda 25 illik üzvlüyünü tamamlayan 187 nəfərə sertifikatlar təqdim edilib.
Qeyd olunub ki, məşhur türkiyəli aktyor Şener Şen də idarə heyətinə üzv olmaq hüququ qazananlar arasında yer alıb.