Kaliforniya ştatında baş verən yanğınlar Los-Anceles-2028 Yay Olimpiya Oyunları ilə bağlı suallar meydana çıxarıb.
İdman.biz xəbər ki, tanınmış amerikalı teleaparıcı Çarli Klark şəhəri olimpiadanı təşkilindən məhrum etməyə çağırıb.
O, bununla bağlı sosial şəbəkədə dünya ictimaiyyətinə müraciət edib. Meşə yanğınları ilə mübarizə apara bilməyən Los-Anceles şəhərinin yerli əhali ilə yanaşı qonaqların təhlükəsizliyini qorumaq gücündə olmadığı bildirilib.
ABŞ mətbuatında Los-Anceles-2028 Olimpiadasının Dallas və ya Mayamidə keçirilməsi də gündəmə gəlib.
İdman.biz