Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Brest”lə qarşılaşan Lion “Olimpik”i məğlubiyyətlə üzləşib. Altı qolun qeydə alındığı “Reyms” – “Nitsa” matçında qonaqlar qələbə qazanıblar. “Renn”in qonağı olan Marsel “Olimpik”i də turu qələbə ilə başa vurub.
17-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
17-ci tur
10 yanvar
Nant – Monako 2:2
Qollar: Abline, 12. Amian, 47 – Embolo, 52. Salisu, 59.
Oser – Lill 0:0
11 yanvar
Brest – Olimpik (Lion) 2:1
Qollar: M.Kamara, 8. Ayork, 25 – Veretu, 45+1.
Reyms – Nitsa 2:4
Qollar: İto, 34. Diaxon, 71 – Gessan, 28. Laborde, 44-pen; 64. Abdi, 86.
Renn – Olimpik (Marsel) 1:2
Qollar: Kalimuendo, 43 – Qrinvud, 45. Rabyo, 49.
12 yanvar
18:00. Havr – Lans
20:15. Monpelye – Anje
20:15. Tuluza – Strasburq
23:45. PSJ – Sent Etyen