Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəTovuz rayonu, Qaralar kəndi yaxınlığında, dağlıq ərazidə yanğınolması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumat qəbul ediləndəndərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğındanmühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Təqribən 0,3 ha sahədə kol-kos və ağac kötükləri yanıb. Dağlıqərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğındanmühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər NazirliyininMeşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.