Los-Anceles vilayətində davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Korrespondent.az-ın məlumatına görə, bu barədə vilayətin Məhkəmə-Tibbi Ekspertiza Ofisi məlumat yayıb.
Bildirilib ki, 5 nəfər Paliseyds, 11 nəfər isə İton bölgəsindəki yanğınlarda həlak olub. Milli Hava Xidmətinin məlumatına görə, əlverişsiz hava şəraiti gələn həftə də davam edəcək və bu, yanğınsöndürənlərin işini çətinləşdirəcək.