"Mançester Siti"nin futbolçusu Kayl Uolker komandasını tərk etmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola İngiltərə mətbuatına açıqlamasında bildirib.
O deyib: "İki gün əvvəl Kayl xaricdə oynayıb və karyerasını başa vurmaq üçün digər variantlara baxmaq istədiyini bildirib".
Qeyd olunur ki, 34 yaşlı İngiltərəli futbolçu artıq yanvarda klubu tərk etmək istəyir.