RU

Həbib Nurməhəmmədovu ABŞ-da təyyarədən endirdilər - video

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov ABŞ-a uçmaq istəyərkən insidentlə üzləşib. Bu barədə “Essentially Sports” xəbər verir.

Qeyd olunur ki, sosial şəbəkələrdə Rusiya vətəndaşının təyyarədə olduğunu əks etdirən görüntülər yayılıb. Nurməhəmmədov Los-Ancelesə uçmağa hazırlaşırdı. Yanvarın 18-də Loc-Ancelesdə Həbibin dostları və komanda üzvlərinin iştirakı ilə “UFC 311” turniri keçiriləcəkdir.

Videoda keçmiş MMA döyüşçüsü ilə stüardessa arasında söhbət əks olunub. Nurməhəmmədovun qəza çıxışında olduğu bildirilir, bunun üçün ingilis dilini bilməsi və fövqəladə vəziyyətdə sərnişinlərə kömək etməyə hazır olmasının təsdiqi tələb olunur.

Mediada yayılan xəbərlərə və şahidlərin sözlərinə görə, rusiyalı stüardessanın ondan nə tələb etdiyini dərhal başa düşməyib. Stüardessa isə sonda idmançının qaydalara əməl edib-etməyəcəyinə əmin olmayıb. Eyni zamanda Nurməhəmmədovun sözlərinə görə, o, hələ qeydiyyat zamanı ingilis dilini bildiyini təsdiqləyib.

Keçmiş UFC çempionuna bildirilib ki, o, ya digər oturacağa keçməlidir, ya da təyyarəni tərk etməlidir. Nurməhəmmədov bunun ədalətsiz olduğunu, özü yerində qalmaq istədiyini bildirib.

Uçuş bələdçisi həmkarına zəng edib, bundan sonra rusiyalı təyyarəni tərk edib.

 

Избранный
15
buta.media

1Источники