Qrono: Aİ Azərbaycanla Ermənistan arasında normallaşmaya dəstəyini gücləndirməyə hazırdır
Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir.
"Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.
Stressed readiness to step up support to normalization in all its aspects, including:
- by supporting ongoing - bilateral talks,
- focusing on concrete aspects of connectivity and humanitarian issues,
- promoting regional cooperation initiatives.
— EUSR for South Caucasus and crisis in Georgia (@EUSR_SCCiG) January 12, 2025