Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Riyadda Suriya ilə bağlı keçirilən görüşdə Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Kaya Kallas "X" sosial şəbəkəsində paylaşım edib.
"Əsəd Həsən əl-Şeybani ilə ilk görüşümü keçirdim. İndi bütün azlıqların hüquqlarını qoruyan sülhsevər və inklüziv keçid prosesini təmin etməklə Suriya üçün yeni rəhbərliyin yaratdığı ümidləri doğrultma vaxtıdır. Növbəti mərhələdə isə Aİ-nin Xarici İşlər Nazirləri ilə sanksiyaların yüngülləşdirilməsini müzakirə edəcəyik," - deyə o bildirib.
Sahilə Cabbar