RU

Bakıda məşhur şirkətin ərazisində FACİƏ: Ölən var

Ajans.az Bakıda beton maşınının pompasının aşması nəticəsində baş verən faciəli hadisənin görüntülərini əldə edib.

Bakıda “Spark” MMC-yə məxsus avto pompa texniki nasazlıq ucbatından qırılıb və hadisə nəticəsində Salyan rayonun Sarvan kəndinin 31 yaşlı sakini Abdullayev Tahir Yunsur oğlu faciəvi şəkildə həlak olub.

Ajans.az-ın əldə etdiyi məlumata görə hadisə gecə saatlarında Səbail rayonu ərazisində “Hünər Group” şirkətinə məxsus ərazidə villaların tikintisi zamanı baş verib.

Tikinti gedən ərazidə avto pompanın texniki qaydalara uyğun olmadan qurulması texniki nasazlığa səbəb olub. Nəticədə ölümlə nəticələnən faciəvi hadisə baş verib.

Etibarlı mənbənin Ajans.az-a verdiyi məlumata görə ölümlə nəticələnən hadisənin baş verməsinin əsas səbəbi “Spark”MMC-də peşəkar mütəxəssislərin işdən uzaqlaşdırılması olub.

Mənbənin verdiyi məlumata görə “Spark” MMC -nin beton zavoduna yeni  təyin olunan direktor Vidadi Əliyevin öz adamlarından ibarət yaxın qohumlarını işə cəlb edərək komanda formalaşdırması təcrübəli kadrların işdən azad olunması ilə nəticələnib. Texniki şöbənin müdiri Anar Nağıyevin bu işdə məsuliyyət daşıdığı deyilir. Bu şəxsin “Spark” MMC daxil olmaqla 5 şirkəti özündə birləşdirən “Azmade Group” MMC-nin idarə heyətinin sədri Emruz İsgəndərovun yaxın adamı olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə əvvəllər satıcı işləyən “Spark” MMC-nin Texniki şöbəsinin müdiri Anar Nağıyev 1 il ərzində anbardar vəzifəsindən, qaraj müdiri vəzifəsinə gətirilib. Ən sonda isə “Spark” MMC-nin texniki şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

“Huner Group”a məxsus ərazidə villaların tikintisi zamanı “Spark”MMC-nin avto pompasının aşması nəticəsində ölümlə nəticələnən hadisənin görüntülərini təqdim edirik.

Mövzunu diqqətdə saxlayacağıq.

 

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Избранный
15
1
Ajans.az

2Источники