RU

Heyvanlarda dabaq xəstəliyi aşkarlandı - 35 il sonra bir ilk...

Almaniyanın Brandenburq əyalətində camış sürüsündə dabaq xəstəliyi aşkarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 35 ildə ilk dəfə üç camışda dabaq xəstəliyi müşahidə edilib.

Məlumata görə, ehtiyat tədbiri olaraq sürü və ona yaxın olan bütün heyvanlar öldürülüb: "Bununla yanaşı, Brandenburqun Markiş-Oderland bölgəsində, o cümlədən paytaxt Berlin və ətrafındakı zooparklar belə, müvəqqəti olaraq bağlanıb. İnək, donuz, keçi və qoyun kimi heyvanların əyalətdən canlı daşınması dayandırılıb. Bütün fermalarda heyvanların müayinəsinə başlanıb".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Избранный
16
mia.az

1Источники