RU

Şəhəri buna görə yandırdılar - Mel Gibsondan sensasiya

"Yeni düzən naminə bütün şəhər (söhbət Los-Ancelesdəki yanğınlardan gedir) məhv edildi. Hollivud isə çoxdan nüfuzunu itirmiş bir sektor idi".

SeherXeber.org xəbər verir ki, bu sözləri malikanəsi yanğın nəticəsində zərər görən məşhur Hollivud aktyoru Mel Gibson deyib. O, kino sənayesində etik prinsiplərin ciddi şəkildə pozulduğunu vurğulayıb, həmçinin təhlükəsizlik və etibardan artıq məhrum olduğunu bildirib.

“Bu, mənə köhnə dövrlərdə insanları torpaqdan qovmaq üçün bu üsuldan istifadə edən varlı mal-qara sahiblərini xatırlatdı. Bilmirəm... Sadəcə olaraq, yanğınsöndürənlərin sularının olmaması mənə bir az qəribə göründü".

Bundan əlavə, Mel Gibson "Fox TV" kanalında çıxışı zamanı Kaliforniya hakimiyyətini Los-Ancelesin su ehtiyatlarını məqsədli şəkildə israf etməkdə günahlandırıb.

Qeyd edək ki, aktyorun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (Metbuat.az)

Избранный
11
11
seherxeber.org

10Источники