“Oskar”lı kinoaktyor Mel Gibson ABŞ-dakı yanğınlara görə prezident Co Baydeni tənqid edib.
Reyting.az xəbər verir ki, bu barədə amerikalı məşhur aktyor Mel Gibson “Fox News”-a müsahibəsində danışıb. O, ABŞ-nın hazırkı prezidenti Co Bayden administrasiyasını tənqid edərək, onu Kaliforniyanı qəsdən yandırmaqda ittiham edib. Sənətçi demokratların hakimiyyəti əleyhinə çıxış edən digər məşhurları dəstəkləyini bildirib.
Qeyd edək ki, kino elitası ABŞ rəhbərliyinin Los-Ancelesdəki yanğınlara reaksiyasının ləng və yersiz olduğuna əmindir.