Juninyo bu gün “Qarabağ”ın düşərgəsini tərk edir.
QOL.az xəbər verir ki, bu barədə Brazliyanın bir neçə media qurumu məlumat yayıb. Bildirilir ki, 28 yaşlı hücumçu paytaxt Rio-de-Janeyroya yollanacaq. O, “Flamenqo” üçün tibbi müayinədən keçəcək, bundan sonra tərəflər arasında müqavilə imzalanacaq.
Müqavilənin 2028-ci ilin sonuna qədər bağlanacağı nəzərdə tutulub. Bundan sonra Juninyo ABŞ-da təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinı qoşulacaq.
“Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. Məbləğ Ağdam klubuna hissə-hissə ödəniləcək.