RU

Həyatın ölüm halından könüllü sığortasına maraq artır - YIĞIMLAR 32 MİLYONU KEÇDİ

 Azərbaycanda həyatın ölüm halından könüllü sığortası üzrə yığımlar və ödənişlər artıb.

FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 32 milyon 1 min manat təşkil edib.

 Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 540 min manat və ya 5% çoxdur.

2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 30 milyon 461 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 2 milyon 411 min  manat təşkil edib ki, bu da illik müqayisədə 434 min manat və ya 22% çoxdur.

Əvvəlki ilin eyni dövründə 1 milyon 976 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 6% təşkil edib.

Избранный
2
1
fed.az

4Источники