İspaniya Superkubokunun final oyunu baş tutub.
Səudiyyə Ərəbistanda keçirilən oyunda "Real Madrid" və "Barselona" üz-üzə gəlib.
Matçda 5:2 hesabı ilə "Barselona" qalib gəlib. Hesabı beşinci dəqiqədə Mbappenin qolu ilə "Kral klubu" açsa da, "Barselona" ardıcıl 5 qol vurmaqla darmadağına imza atıb. Katalanların heyətində qolları Yamal, Levandovski, Rafinya (2) və Balde vurublar. "Real Madrid" ikinci hissədə Rodriqonun qolu ilə fərqi azalda bilib.
Beləliklə, "Barselona" 15-ci dəfə Superkuboka yiyələnib.