RU

Səmərqənddə qızıl çıxarmaq istəyən 5 nəfər zəhərlənib

Yazını böyüt
Yazını kiçilt

Səmərqənd vilayətinin Paxtaçı rayonunda qanunsuz yolla tərkibində qızıl olan suxurları qazan 5 nəfər zəhərlənib.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan Baş Prokurorluğun İnformasiya xidmətinin rəhbəri Həyat Şəmsütdinov məlumat verib.

Bildirilib ki, yanvarın 9-da saat 20:00 radələrində Paxtaçı rayonunun “Güliston” məhəlləsində yaşayan 5 nəfər “Karakoton” dağ mədəninə məxsus yerli dildə desək, “Nayman çuqqı” şaxtasına daxil olaraq, tərkibində qızıl olan suxurları qazarkən generatordan çıxan qazdan zəhərlənib.  Nəticədə onlardan ikisi hadisə yerindəcə dünyasını dəyişib. Qalan vətəndaşlar yanvarın 10-da saat 03:30 radələrində dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.

Özbəkistan mədənlərində bu cür faciələr tez-tez qeydə alınılr. Bu ilin yanvarında Nəvaidə qızıl mədənində 30 yaşlı kişinin cəsədi tapılmışdı. O, tərkibində qızıl olan daşları talamağa gəlib və mədəndən çıxarkən 10-15 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

2022-ci ildə də Nəvaidə qeyri-qanuni yolla qızıl çıxarmağa cəhd edən 5 nəfər torpaq uçqunu altında qalmışdı. Onların cəsədi təxminən 2 həftə sonra tapılmışdı. 2021-ci ildə Cizzaxda qeyri-qanuni yolla qızıl filizi çıxarmağa cəhd edən 4 nəfəraşan qayanın altında əzilmişdi ki, onlardan 2-si yerindəcə dünyasını dəyişmişdi. Həmin il Zərəfşanda da torpaqdan qızıl qum qazan 4 nəfər uçqunun altında qalaraq ölmüşdü…

Избранный
6
hafta.az

1Источники