RU

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib

Son bir neçə saat ərzində İsrail ordusu Livanda "Hizbullah"ın bir sıra obyektlərinə zərbələr endirib. 

Missiya.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Bildirilir ki, vurulan hədəflər arasında raket buraxılış qurğusu, hərbi obyekt və Suriya-Livan sərhədi boyunca “Hizbullah”a silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar var.

“İDF İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirir və “Hizbullah”ın atəşkəs razılaşmalarına uyğun olaraq öz qüvvələrini bərpa etmək cəhdinin qarşısını alacaq”, - deyə vurğulanıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
24
11
missiya.az

10Источники