Qlobal investisiya bankı "Goldman Sachs" hesab edir ki, ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları Rusiyanın neft hasilatının azalmasına səbəb olarsa, Brent markalı neftin qiyməti qısa müddətdə bir barel üçün 85 dolları keçə bilər.
Marja.az xəbər verir ki, Bank, Rusiyanın hasilatını azaltmasının İranın hasilatını azaltması ilə üst-üstə düşəcəyi təqdirdə qiymətlərin bir barel üçün 90 dollara çata biləcəyini bildirib.
ABŞ prezidenti Co Bayden cümə günü Rusiyanın neft və qaz gəlirlərini hədəf alan ən geniş sanksiyalar paketini tətbiq edib.
Analitiklər bildiriblər ki, Rusiya istehsalçılarına və gəmilərinə qarşı sanksiyalar Çin və Hindistan neftayırma şirkətlərini Yaxın Şərq, Afrika və Amerikadan daha çox neft almağa məcbur edə bilər ki, bu da neftin qiymətini və yükdaşıma xərclərini artıra bilər.
Brent markalı neft bu səhər ICE birjasında 1,68 faiz bahalaşaraq 81,1 dollara satılır.