RU

Bakıda tramvayın bərpası tıxaca necə təsir edə bilər?

Bakı.Trend:

Bakıda tramvayların effektiv olacağı ərazilərmüəyyənləşdirilib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini RəhmanHümmətov deyib. O bildirib ki, tramvay Mehdiabad qəsəbəsindənAzadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 May"metrostansiyasına qədər əhəmiyyətli ola bilər. Nazir müavini əlavəedib ki, "Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələriyaradıldığına görə həmin istiqamətdə tramvay effektiv olabilər.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert RaufAğamirzəyev Trend-ə bildirib ki, böyük şəhərlərdə tıxac ənənəvihallardandır:

"Lakin onun ciddi alternativləri olmalıdır. Bu alternativlərində məsafəyə uyğun təklifləri olmalıdır. Ötən ildən başlayaraqBakıda mikromobillik zolaqları, avtobus zolaqlarının təşkili həyatakeçirildi. Sevindirici haldır ki, bu ildən yeni metrostansiyalarının tikilməsi, həmçinin, tramvay xəttinin çəkilməsikimi layihələr elan olunub.

Tramvayın ilkin olaraq keçəcəyi xətt müəyyən edilib. Bundanbaşqa, şəhərətrafı elektrik qatarı şəbəkəsinə də ciddi diqqətayrılmalıdır. Mövcud dəmiryolunda qatar sayını artırmaq lazımdır.Fərqli seqmentlər üzrə investisiyaların artırılması şəhərdə ictimainəqliyyatın keyfiyyətini artıracaq. İctimai nəqliyyatla hərəkətedən insanların çoxalması faiz etibarilə tıxaca birbaşa təsiredəcək. Ümumiyyətlə, ictimai nəqliyyata diqqət ayrılmalı, maliyyədayanıqlılığı, komfortu təmin edilməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovbildirib ki, tramvay xətlərinin açılması tıxacın aradanqaldırılmasına müsbət edə bilər.

"Bu, o zaman effektiv olacaq ki, tramvay xətti hər hansıavtomobil yolundan keçməsin. Əgər bu xətt avtobus və avtomobilzolaqlarının hesabına çəkiləcəksə, heç bir effekti olmayacaq.

Bu ictimai nəqliyyat növü elektriklə işlədiyi üçün,avtomobillərlə müqayisədə daha az emissiya istehsal edərək, şəhərinhavasının keyfiyyətini yaxşılaşdıra bilər. Avtomobil sahibi olmayanvə ya ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün əlavənəqliyyat vasitəsi olacaq", - o əlavə edib.

Qeyd edək ki, Tramvay Bakı şəhərində 1924–2004-cü illərdəfəaliyyət göstərib.

Məqalədə:
Избранный
12
1
az.trend.az

2Источники