Xəbər verdiyimiz kimi, yanvarın 12-də Sumqayıtın Kimyaçılar qəsəbəsində avtomobildən yanmış kişi meyiti tapılıb.
Viral.az xəbər verir ki, aparılan araşdırmalarla “Kia Sorento” markalı avtomobildə meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənli olduğu müəyyən edilib.
Avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib.
Son Yazılar:
- Maşında yanmış meyiti tapılan şəxs kimdir?
- Kurskda Şimali Koreyanın 300 hərbçisi öldü, 2700-ü yaralandı
- Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu
O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanğın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.
Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır.
Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib.