Los-Ancelesdə baş verən yanğınlarda ölənlərin sayı 24-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Los-Anceles şəhəri və ətrafında günlərdir davam edən yanğınlara nəzarət etmək mümkün deyil.
Yaşayış məntəqələrinə çatan yanğında indiyədək 40 min dekar sahə yanaraq külə dönüb.
Orada yaşayan 16 nəfərdən xəbər olmadığı və ölü sayının arta biləcəyi bildirilib.