Təbii ki, bu, mənim üçün qürurvericidir.
Bunu "Report"a açıqlamasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "TRT Spor"un versiyasına əsasən “Kocaelispor”da çıxış etmiş legioner futbolçuların bütün dövrlər üzrə ən yaxşı "11-liy"inə seçilməsi ilə bağlı danışarkən deyib.
42 yaşlı mütəxəssis Kocaeli təmsilçisində cəmi 6 ay çıxış etdiyini xatırladıb:
"Lap əsas heyət olmasın, "20-lik" olsun. Səni indi də xatırlayırlarsa, xoşdur".
Qeyd edək ki, Rəşad Sadıqov 2009-cu ilin yanvarından iyuluna qədər “Kocaelispor”un formasını geyinib.