Kanadanın baş naziri Castin Trüdo seçilmiş prezident Donald Trampın Şimali Amerikada ticarət müharibəsinə başlamaq təhdidinə əməl edəcəyi təqdirdə, Ottavanın ABŞ-a qarşı cavab tariflərini tətbiq edəcəklərinə hazır olduğunu söyləyib. Bu barədə yanvarın 12-də Bloomberg məlumat yayıb.“Keçən dəfə etdiyimiz kimi, Kanada lazım gəldikdə tariflərlə cavab verməyə hazırdır. Biz ABŞ-ın 35-ə yaxın müxtəlif ştatının ən böyük ixracat tərəfdaşıyıq və aramızdakı sərhədi qalınlaşdıran hər şey son nəticədə Amerika vətəndaşlarına və Amerika işlərinə baha başa gəlir”, - Trüdo deyib.Baş nazirin sözlərinə görə, Kanada hökuməti Ağ Evin yeni administrasiyası ilə ticarət müharibəsi planlaşdırmır, lakin Vaşinqtonun məhsullara tariflər tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görməyə məcbur olacaq.“Qeyri-qanuni mühacirlərin 1%-dən azı, ABŞ-a gələn fentanilin 1%-dən azı Kanadadan gəlir. Yəni bizim ölkəmiz problem deyil. Biz sərhəd təhlükəsizliyimizi daha da gücləndirmək üçün milyardlarla dollar sərmayə qoyaraq daha çox iş görmək istəyinə effektiv cavab verdik”, - Kanadanın baş naziri bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта