Bakı, 13 yanvar, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Göygöldə başlayıb.
Komanda yeni çalışdırıcısı toplanışa 36 boksçu cəlb edib. Göygöl Olimpiya İdman Kompleksində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.
Qeyd edək ki, hazırlıq yanvarın 25-də yekunlaşacaq.