RU

Bundestaq deputatı Dağdelen, ABŞ hərbçilərinin Almaniya ərazisindən çıxarılmasına çağırıb

Bundestaq

Bundestaq deputatı Sevim Dağdelen (BSW qrupu – "Sarı Vagenknecht Birliyi – Dərrakə və Ədalət" partiyası), Almaniyada ABŞ hərbçilərinin mövcudluğunu sərt şəkildə tənqid edib. Dağdelen, bu çıxışını Bonn şəhərində keçirilən partiya federativ konqresində edib."Ulusum".az xəbər verir ki, tədbir Phoenix telekanalı tərəfindən yayımlanıb.Sevim Dağdelen, 37 min ABŞ əsgərini Almaniya ərazisindən dərhal çıxarmağa çağırıb:"Biz artıq Almaniyada 37 min əsgəri saxlaya bilmərik. Buna görə də deyirik: Ami go home ("Amerikalılar, evinizə dönün!")", – deyə o qeyd edib. Onun sözləri şiddətli alqışlarla qarşılanıb.Deputat həmçinin, ABŞ-ın Almaniya ərazisindəki silahlarını, o cümlədən orta və qısa mənzilli raketləri tənqid edərək, onları "hücum silahları" adlandırıb və Almaniyanın Rusiya ilə müharibəyə daxil olmaq istəmədiyini vurğulayıb.Dağdelen həmçinin Almaniya hökumətinin ABŞ-a olan "vassal sədaqətini" sona çatdırmağa və Alman suverenliyini bərpa etməyə çağırıb.Səidə Mustafa

Diqqət Çəkənlər

Zənginləri məhv etmək və gizlincə izləri ört-basdır etmək: Ulduzların malikanələrini yer üzündən silən yanğınların günahkarı kimdir?

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır

Xəyanətə işarə edən əsas əlamətlər: psixoloqdan tövsiyələr

Избранный
15
ulusum.az

1Источники