RU

Ermənistan sülh prosesini NİYƏ LƏNGİDİR? – İrəvanda hesab edirlər ki…

Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədəki paylaşımında bildirib ki, Ermənistan hökuməti ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etməyi nəzərdən keçirir. Onun sözlərinə görə, hökumət bu məsələni ciddi şəkildə araşdırır. N.Baqdasaryan qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam və birmənalı şəkildə tanıyır və bunu sülh müqaviləsi imzalamaqla bir daha təsdiq etməyə hazırdır.

Bununla yanaşı, o vurğulayıb ki, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıması vacibdir. Mətbuat katibinin qənaətincə, Ermənistan hökuməti ATƏT-in Minsk Qrupunun gələcəyinə dair qərarın bu yanaşma çərçivəsində qəbul edilməli olduğunu bildirir. Maraqlıdır, əgər Ermənistan ATƏT-in Minsk Qrupunun həqiqətən də ləğvini istəyirsə, o zaman nə üçün Azərbaycanla eyni vaxtda bununla bağlı məsələ qaldırmır?

Ermənistan sülh prosesini NİYƏ LƏNGİDİR? - <span style=color:red>İrəvanda hesab edirlər ki...

Nəzərə alaq ki, Prezident İlham Əliyev 2020-ci ilin 44 günlük müharibəsindən dərhal sonra ATƏT-in Minsk Qrupunun lazımsızlığı məsələsini elan edib, bunu ardıcıl şəkildə Azərbaycanın tələbinə çevirib və Ermənistana sülh müqaviləsinin şərtlərindən biri kimi irəli sürüb. Məqsəd, Cənubi Qafqaza və Azərbaycan-Ermənistan arasında gedən proseslərə kənar aktorları, xüsusilə də açıq şəkildə ermənipərəst olan Fransa və ABŞ-ı buraxmamaq idi. Belə bir gerçəklik fonunda İrəvanın sözdə ATƏT-in Minsk Qrupundan imtina edəcəyini bildirsə də, hələlik əməldə hər hansı addım atmamasına səbəb nədir?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, Bakının irəli sürdüyü ATƏT-in Minsk Qrupunun ləğvi prosesinin İrəvan tərəfindən hansısa şərtə bağlanması, bu halda Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanıması məsələsinin gündəmə gətirilməsi təbii görünə bilər.

Ermənistan sülh prosesini NİYƏ LƏNGİDİR? - <span style=color:red>İrəvanda hesab edirlər ki...

Onun sözlərinə görə, İrəvan hesab edir ki, Minsk Qrupunun ləğvi Ermənistanın ərazi bütövlüyünün təmin olunması və tanınması üçün hələlik təminatdır: “Bu baxımdan Ermənistan Minsk Qrupunun ləğvi məsələsini ciddi araşdırır. Rəsmi Bakı isə hesab edir ki, əgər iki ölkə arasında artıq münaqişə başa çatıbsa, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edibsə, ATƏT-in Minsk Qrupu regionda gərginliyi saxlamaqdan başqa bir işə yaramır. Odur ki, Minsk Qrupu ləğv olunmalı, regiondan kənar qüvvələrin bölgəyə yerləşməsinin qarşısı alınmalıdır. Ümumən baxanda tərəflərin hər birinin istəklərində doğru olduqları görünür. Amma məsələ ondadır ki, Ermənistanın mövqeyi sülh prosesinə mürəkkəblik gətirir. Prosesin yenidən beynəlmiləşməsinə imkan yaradır. Bu, ikitərəfli razılıqların əldə edildiyi müəyyən məqamların, məsələn Azərbaycanın Qazax istiqamətində dörd kəndin qaytarılması və sərhədlərin müəyyən edilməsi kimi proseslərin ruhuna xələl gətirir. Azərbaycan da bu təcrübənin, yəni ikitərəfli əməkdaşlığın daha tez nəticə verdiyini əsas götürərək, Minsk Qrupunun ləğvini istəyir. Görünən odur ki, Ermənistan da bunu qəbul edir”.

Ermənistan sülh prosesini NİYƏ LƏNGİDİR? - <span style=color:red>İrəvanda hesab edirlər ki...

A.Qasımov deyib ki, İrəvan Minsk Qrupunun ləğvini özünün son dayaq nöqtəsinin də əlindən alınması kimi dərk edir: “İrəvan hesab edir ki, Minsk Qrupunun ləğvi Ermənistanın Azərbaycan qarşısında beynəlxalq dəstəksiz qalmasına səbəb olacaq. Bu isə İrəvana heç də yaxşı nəticələr vəd verməyəcək. Ona görə də Ermənistan Minsk Qrupunun ləğvi məsələdə çətin duruma düşüb. Amma rəsmi İrəvan onu da yaxşı başa düşür ki, hər hansı variantda olursa-olsun Ermənistan Azərbaycan qarşısında təkdir. Kənardan ona dəstək ancaq sözdədir. Ermənistanın tək yolu Azərbaycanın tələblərinə əməl etməkdir. Azərbaycan isə Ermənistandan beynəlxalq hüquqa zidd heç nə tələb etmir. Odur ki, Ermənistan nə qədər tez Azərbaycanla sülh müqaviləsi imzalayarsa, o qədər prosesdən qazanclı çıxacaq. Dəyişən geosiyasi reallıqlar fonunda, sabahın regiona nə gətirəcəyi sual altında olduğu bir durumda vaxt uzatmaq siyasəti yanlış seçimdir”.

Ərtürk İSMAYIL

Избранный
12
50
medianews.az

10Источники