Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov diqqət çəkən açıqlamalar verib. O, qeyd edib ki, Kreml Ukrayna lideri Vladimir Zelenskinin əsir götürülən Şimali Koreya əsgərlərini Pxenyana təhvil verməyə hazır olması barədə sözlərini şərh edə bilməz. Lakin Rusiya bu məsələlərdə maraqlıdır.
Kreml sözçüsü qeyd edib ki, Rusiya Ukrayna prezidentinin sözlərinin reallığa uyğun olub-olmadığını bilmir.
“Biz bunda maraqlıyıq. Proses asan getmir. Lakin əsirlikdə olan hər bir əsgərin həyatı bizim üçün vacibdir”, - Peskov bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural