Bakı. Trend:
“Qazprom”un mərkəzi aparatı azı iki dəfə ixtisar olunacaq.Heyətin 4.1 min nəfərdən 2.5 nəfərə qədər azaldılacağıbildirilir.
Trend Rusiya KİV-əistinadən xəbər verir ki, bu barədə korporasiyanın idarə heyətisədrinin müavini Yelena İlyuxina təklif irəli sürüb.
Məlumata əsasən, ixtisarlara zəmin “təkrarlanan funksiyalar vəbürokratik prosesslərin həddən artıq olması”, “əməkdaşlarınnəticələrinə hədəflənmənin artırılması”, həmçinin, “idarəetmə vəistehsal proseslərinin bütün səviyyələrində məsrəflərinoptimizasiyası” olub.
Sənəddə qeyd olunur ki, 20 il ərzində “Qazprom”administrasiyasının tərkib sayı əhəmiyyətli dərəcədə artıb,işçilərin əməkhaqqı fondu isə ilə 50 milyard rublu ötməkdədir.