RU

Yusif Yusibov nazir Emin Əmrullayev üçün arzu olunmaz şəxsdir, amma...

Gəncə Dövlət Universitetindəki dözülməz vəziyyət çoxdan Eəm və Təhsil Nazirliyinin rəhbərliyinə məlum olsa da, rəhbərlik heç tədbir görə bilmir...

2014- cü ildə Yusif Əmiralı oğlu Yusibov Gəncə Dövlət Universitetinin rektoru təyin olandan bu günə kimi, bu ali məktəbdə korrupsiya və rüşvət hallarından, özbaşınalıqdan, dərəbəylikdən bəhs edən minlərlə şikayətlər, faktlar dərc edilib.

Poliqon xəbər verir ki, bu barədə Alfa.tv youtebe kanalının məlumatında bildirilir. Kanal qeyd edir ki, Gəncə Dövlət Universitetindəki dözülməz vəziyyət çoxdan Eəm və Təhsil Nazirliyinin rəhbərliyinə məlum olsa da, rəhbərlik heç tədbir görməyib.

Məlumatda bildirilir ki, Yusif Yusibovun Təhsil naziri Emin Əmrullayevlə münasibətləri normal deyil. Ümumiyyətlə isə, Yusif Yusibov nazir Emin Əmrullayev üçün arzu olunmaz şəxsdir.

Bildirilir ki, Təhsil Nazirliyinin komissiyası Gəncə Dövlət Universitetindəki yoxlama prosesində maliyyə sahəsində çoxlu yeyintilər, büdcə vəsaitlərinin talanması, saxta tələbə köçürmələri və s. kimi cinayət xarakterli faktlar aşkar edib. Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri rektor Yusif Yusibov tərəfindən kobud formada təhqir olunub və qovulub. Nazir isə Yusibovun bu dərəbəyliyi qarşısında geri çəkilməli olub.

Alfa.tv-nin iddaSINA Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Xarici işlər naziri Ceyhun Bayramov Yusif Yusibovun əsas himayədarları sayılır. Rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin Aparat rəhbəridir. Yusif müəllim özü isə Mikayıl Cabbarovun ona dayı deməsi ilə öyünür.

71 yaşlı Yusibov külli-ixtiyarı GDU-da “qara kassa” işini icra edən Şahin Xurşudovun əlinə verib. Özünü “mini-rektor” adlandıraraq Şahin Xurşudov isə prorektor vəzifəsinin icrasına başlar-başlamaz digər fakültə dekanlarından tələbələrdən pul yığmağı tələb edib.

Kanalın iddiasına görə prorektorun istəyi üzərinə bir tələbənin semestrlik aylığa buraxılmasının haqqı 500 manatdır. Buraya kollekvium və imtahanların qiymətləri daxil deyil. Daha bir rüşvət mənbəyi işə qəbulla bağlıdır. Kənar şəxslərdən 10000 manat,universitetdə işləyən laborantlardan isə 5000 manat rüşvət alıb universitet üzrə ümumi 40-dan artıq yeni tyutor götürülüb. Boşalan laborant ştatlarına isə işə qəbul olunanlardan 7000-8000 manat rüşvət alınır.

Gəncə Dövlət Universitetindən əlavə Aqrar Universiteti və Texnologiya Universitetində də Xurşudovun adı dosent və şöbə müdiri vəzifələrində gedir. Xurşudov Gəncənin elmi ictimaiyyəti və tələbələr arasında həm də “kafelər kralı” kimi ad çıxarıb. Universitetlərin bütün korpuslarında və tələbə yataqxanalarında olan bütünı kafelər ona məxsusdur.

Poliqon.info

Избранный
4
1
poliqon.info

2Источники