RU

Ağstafada intellektual yarış keçirilib.

Ağstafada Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş intellektual yarış keçirilib.

XALQ.AZ məlumat verir ki, Ağstafa rayonunun ümumtəhsil müəssisələrinin gənclərin çağırışaqədərki hərbi hazırlığı və fiziki tərbiyə müəllimlərinin iştirakı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan olunması ilə əlaqədar “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü” adlı  intellektual yarış  keçirilib.

Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə  Təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Vurğun qəsəbə tam orta məktəb binasında keçirilən intellektual yarışın əsas məqsədi təhsil ocaqlarında hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin, eyni zamanda, qoruq ərazisində yerləşən abidələrin təbliği tədbirlərinə dəstək olmaqdan ibarət olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Üç mərhələdən ibarət və 31 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan Respublikasının Konstitusiyası, o cümlədən bölgəmizin tarixi irsinə dair suallar təqdim olunub. Suallar  çətinlik dərəcəsinə görə qruplaşdırılıb.

Gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışın münsiflərinin rəyinə əsasən Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin “Zəfər” komandası 1-ci, Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəbin “Avey” komandası 2-ci, Muğanlı kəndi tam orta məktəbin “Tağlar” komandası isə 3-cü yerə layiq görülüblər. Qaliblər Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sertifikat və hədiyyələrlə təltif olunacaqlar.

Qoruq ərazisində aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından ibarət  sərgi də böyük maraqla qarşılanıb.

Избранный
5
xalq.az

1Источники