RU

Maliyyə nazirini Xarici İşlər naziri Ceyhun Bayramovun QARDAŞI əvəzlədi - Azər Bayramov KİMDİR?/DOSYE+FOTO

Azərbaycanda Maliyyə Nazirliyində ciddi dəyişikliklər baş verib.

Paytaxt.org mənbələrindən əldə etdiyi məlumatlara görə, hazırda nazir vəzifəsini müvəqqəti icra edən şəxs Azər Bayramovdur.

O, 2004-cü ildən bu yana Maliyyə Nazirliyində nazir müavini kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Azər Bayramov Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşıdır.

Xatırladaq ki, yanvarın 10-da uzun müddət maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov yeni vəzifəyə, Baş nazirin müavini postuna təyin edilib. O, bu vəzifədə 2006-cı ildən bəri çalışırdı. 

S. Şərifovun nazir postundan getməsi və vəzifələrini müavini A. Bayramovun icra etməsi nəticəsində Maliyyə Nazirliyinin strukturu üzrə hazırda nazirin birinci müavini və iki müavinin vəzifələri boş qalıb. Nazirin keçmiş birinci müavin İlqar Fətizadə 2022-ci ilin aprelində vəfat edib. Həmin vaxtdan bu vəzifə boşdur. Nazirin digər müavini postu da 2018-ci ildən vakant olaraq qalır. Belə ki, 28 avqust 2018-ci il tarixində nazir maüvini Emin Hüseynov bu vəzifədən azad edilərək, əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub, sonra ona işğaldan azad edilmiş ərazilər üzrə yeni vəzifə verilib. Nazirliyin əsasnaməsinə əsasən, ümumilikdə bir birinci müavin və üç müavin vəzifəsi nəzərdə tutulur. 

QEYD: bu barədə ilk məlumatı teleqraf.com saytı yayıb.

Qeyd edək ki, A.Bayramov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini jurnalistika, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi, Azərbaycan Dövlət İqtisad Universitetini (MBA proqramı üzrə) maliyyə, Vyana Diplomatik Akademiyasını Avropa inteqrasiyası və əməkdaşlıq ixtisası üzrə bitirib. Dövlət İdarəçilik Akademiyasında hazırda doktorantura təhsili alır, həmçinin Madrid Politexnik Universitetinin magistridir.

O, Gənclər və İdman Nazirliyində, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və s. qurumlarla birgə icra olunan layihələrdə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, “AzerTelecom” MMC-də rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri olub.

Bir sıra ölkə və beynəlxalq miqyaslı tədbirlərin təşkilat komitəsinin, Strateji Yol Xəritəsi üzrə işçi qrupların üzvü və süni intellekt, blokçeyn texnologiyası, robototexnika üzrə mühazirəçisi, BMT-nin rəqəmsal iqtisadiyyat və elektron ticarət üzrə Hökumətlərarası ekspert qrupunun sədri və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin Baş direktoru olub.


Избранный
12
paytaxt.org

1Источники